Əsas məzmuna keç

Qəzəl

Novbahar əyyamıdır, mən zar qaldım yarsız

Seyid Əzim Şirvani

1

Novbahar əyyamıdır, mən zar qaldım yarsız, Hiç bülbül olmasın bu fəsldə gülzarsız.

Ol güli-alə dedim bir yanıma gəl birəqib, Güldü ki, ey aşiqi-şeyda, gül olmaz xarsız.

Getsə şami-tirə rövşən sübh olur, lakin mənim Ruzgarım tar olur ol türreyi-tərrarsız.

Çox edən bimarə xidmət, aqibət bimar olur, Leyk könlüm xəstədir ol nərgisi-bimarsız.

Seyrdə əğyarə bax, ol mahə oldu müştəri, Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız.

Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən, Ey könül, olmaz dəhani-yar hiç əsrarsız.

Zülfünü daim basar bağrına çeşmi, vəchi var, Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.