Əsas məzmuna keç

Qəzəl

Nöqteyi-sirri-ilahi bai-bismillahdır

İmadəddin Nəsimi

1

Nöqteyi-sirri-ilahi bai-bismillahdır, Kim ki, bilməz bu sirri müşrikü gümrahdır.

Natiqi-elmül-yəqindir cümlə əşya, ey könül, Bu cəhətdən həq kitabı yəskurunullahdır.

Həm qiyamü həm qüudü həm yəminü həm şimal, Hər yanadan baxaram, ol sümmə vəchullahdır.

Küntə kənzən sirrini adəmdə qıldı aşikar Kim, vücudi-adəmi sirri-kəlamüllahdır.

Xaliqül-cinnin vücudu istivadır əşr ilə, Hadiyi-əhli-yəqin təhqiq ilə ol rahdır.

Sirri-tənzili-ilahi dilbərin vəchindədir, Sahibi-tə’vil edər kim, surəti-Allahdır.

Seyr əgər qılsan Nəsiminin vücudundan yəqin, Biləsən həqqül-yəqin nə vəch ilə agahdır.

______________________Milli Kitabxana_______________________

Lüğət: Müşrik – Bütpərəst; Gümrah – Yolunu azmış; Kəlamüllah – Allah sözü; İstiva – Ekvator xətti

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.