Əsas məzmuna keç

Qəzəl

Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı

Seyid Əzim Şirvani

1

Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı, Alıb piyalə ələ yar meygüsarım olaydı.

İçəydi badeyi-gülgun o gül piyalə-piyalə, Açaydı arizi güllər, cahan baharım olaydı.

Fəzayi-bağü gülüstanə meyl etməz idim, mən, Əgərçi, şəhrdə bir yari-gülüzarım olaydı.

Nişimən etməz idim mən diyari-qürbəti, ey dil, Rəqibi yar ilə görməkdə gər qərarım olaydı.

O şuxün eşqinə məhcur xəlq edib məni xaliq, Riza olurdum əgər əldə ixtiyarım olaydı.

Rəqib vurmaz idi xari-qüssədən mənə yarə, O gülüzar yanında gər etibarım olaydı.

Bu gunə olmaz idi bivəfa o gül mənə, Seyyid, Əgər mənim də vəfasızlığa şüarım olaydı.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.