Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi
Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi, Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi.
Könül xəlvətsərayi-vəsldə sərdar ikən, birdəm Qılıb ol məh bizi hicrində zarü mübtəla getdi.
Gözümdən xaki-payın aldı seyli-əşk tufanı, Əcəbmi kur ola çeşmim ki, ondan tutiya getdi.
Nola çıxsa fəğanım çərxə hər bir üstüxanımdan – Ki, bu üzvi-şikəstimdən bu gün ol mumiya getdi.
Xəyali-zülfü xalü arizindən ol güləndəmin, O qədri ağladım, axırda çeşmimdən qəra getdi.
Qaraldı ruzgarım, Seyyida, hicrində ol mahın Ki, guya səfheyi-afaqdən nuri-xuda getdi.