Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır
Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır, Daşı tə’sir ilə lə’l eyləyən xurşidi-rəxşandır.
Müjən gər səngdillər könlünü alsa əcəb olmaz, Onun tək abnus ox layiqi-fulad peykandır.
Pərivəşlər dili-səxtinə düşmüş mehri-rüxsarın, Sənin əksin alan fulad güzgulər firavandır.
Dəhanın dürci kim, qeydin çəkərlər hurpeykərlər, Pərilər ta’ətiçün xatəmi-mülki-Süleymandır.
Atın yolunda xublar sürsələr üz nola əmrinlə, Mələk xeyli sücudi-Adəm etmək nəssi-Qur’andır.
Qatı könlünə bağrı daşların düşmüş qəmi-eşqin, Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır.
Gəzər kuyində hər yan çox giribançak gülrüxlər, Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır.
Lüğət: Rəşk – həsəd, qısqanmaq; Peykan – ox; Xatəm – üzük qaşı, möhür; Xeyl – dəstə, zümrə, bölük; Sücud – səcdə etmək; Nəss – aşkar dəlil, doğru məna, mətn