Əsas məzmuna keç

Qəzəl

Nola gər qucsa miyanın kəməri-zər küstax

Məhəmməd Füzuli

1

Nola gər qucsa miyanın kəməri-zər küstax, Gətirib çoxları ortayə zər, eylər küstax.

Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan, Xəbər et saqiyə kim, tutmaya sağər küstax!

Rəşk odilə yaxılır rişteyi-canım ki, neçün Dəgər ol arizə geysuyi-müənbər küstax.

Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə, Hərəmi-şahə nə layiq girə çakər küstax.

Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çox Ki, düşər gözdənü üzdən sürülər hər küstax.

Həvəsim badeyi-gülgunə bu ümmid ilədir Kim, olam məstü tutam daməni-dilbər küstax.

Bənzədirsən özünü itlərinə hər saət, Ey Füzuli, ola bilməz sənə bənzər küstax.

Lüğət: Küstax – həyasız, sırtıq. Q; Sağər – qədəh, piyalə; Rəşk – həsəd, qısqanmaq; Çakər – qul, nökər. D; Əşk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.