Nitqi-ənfasi-məsihin dəmbədəm candır mana
Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana, Çünki mən Xızram, dodağın abi-heyvandır mana.
Bilməzəm aləmdə, yarəb, gərdişi-əyyami-ğəm. Lütfü ehsanınmıdır, ya cövri-hicrandır mana?
Vermişəm imanimi zənciri-zülfin küfrinə, Bəndi-zülfin küfrini gördüm, nə imandır mana.
Dün rəqibi-kafiri-gümrahilə eybində kim, Hər hekayətlər ki, qıldın cümlə pünhandır mana.
Bu Xətayi birlə solmuş bir dəxi, ey şahi-hüsn, Ta dəhanın xatəmi-möhri-Süleymandır mana.
Lüğət: Abi – həyat – dirilik suyu; Gərdiş – dolanma, gəzinti; Cövr – zülm; Küfr – inamsızlıq, kafirlik; Dün – dünən, gecə; Hüsn – gözəllik; Dəhan – ağız; Xatəm – üzük