Əsas məzmuna keç

Qəzəl

Nitqi-Allah mənəm ki, zatiləyəm

İmadəddin Nəsimi

1

Nitqi-Allah mənəm ki, zatiləyəm, Vəhdəhü laşərik sifatiləyəm.

Vahidi cümlə seyri-əşyada, Kün-fəkan seyri-kainatiləyəm.

Ölməzəm, mən öləsi xud degiləm, Əzəlidən bəri nicatiləyəm.

Oxuyun həyyi-layəmut məni Ki, məmat olmazam, həyatiləyəm.

Faili-mütləqəm, həqəm, həqilən, Kimsə bilməz, nə bəyyinatiləyəm.

Ruhi-məhzəm ki, düşmüşəm bu yerə, Mö’cüzəm, bunda mö’cüzatiləyəm.

Bistü həştəm bu dörd təbiət ilə, Kimsə bilməz ki, nə səbatiləyəm.

Gövhəri-laməkan mənəm, mənəm, uş Qədrə irdim bu gün bəratiləyəm.

Nəsimiyəm bu gün bilənlərə mən, Bilməyənlərə müşkilatiləyəm.

______________________Milli Kitabxana_______________________

Lüğət: Layəmut – Ölməz; Məmat – Ölüm; Bistü – həşt – Iyirmi səkkiz; Laməkan – Məkansız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.