Əsas məzmuna keç

Qəzəl

Niqabı üzündən götürdü qəmər

İmadəddin Nəsimi

1

Niqabı üzündən götürdü qəmər, Utandı ləbindən nabatü şəkər. Təbarəktə, ey həq sifətli nigar, Təaleytə, ey həq sifətli bəşər. Saçın şərhini eylərəm hər gecə, Üzün vəsfini söylərəm hər səhər. Əsir olmayan hüsnünə adəmi, Həcərdir, həcərdir, həcərdir, həcər. Gəl, ey tacir, uş Yusifi satın al Ki, kanında qiymətsiz olur göhər. Qılından belin incə gördüm tamam, Vəli incədən incədir bu xəbər. Boyun ənbətəllah, zəhi e’tidal, Gözün eynəkəllah, zəhi xoş nəzər. Sözün abi-heyvandır, ağzın rəhiq, Bu vəsfi-əzim, eylərəm müxtəsər. Gəl, ey sidrətül-müntəha kim, boyun Mübarək şəcərdir, mübarək şəcər. Çü ə’lavü əsfəldə gördüm səni, Nə qəm, gər cahan olsa zirü zəbər. Həqqi gör, həqqi bil, həqqi tanı kim Ki, həqdən doludur yedi bəhrü bər.

Zühur eylədi cümlə əşyada həq, Qanı bir bəsirətli, açıqnəzər. Nəsimi kimi vahid ol yarilən, Ikilik sifətdən ikilik bitər. Ikilikdə qalan əzazil olur, Mələksiyrət insan ol anı gidər.

Lüğət: Qəmər – Ay; Həcər – Daş; Zəhi – Afərin; Rəhiq – Təmiz şərab; Şəcər – Ağac; Bəhr – Dəniz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.