Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə, Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.
Olub heyran, götürmən xəttü xalından nəzər, guya, Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.
Xəm etdin qamətim, gər tərki-sər qıldımsa mə’zurəm, Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə.
Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlu, Hübab altındadır ol nüqtə kim, qorlar zülal üzrə.
Yazar göz pərdəsinə əşk şərhi-hal, bilməz kim, Oxunmaz qan ilə yazılsa xət övraqi-al üzrə.
Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim, Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə.
Füzulinin təriqi-nəzmə təb’in müstəqim etmiş Xəyali-qamətin kim, bir əlifdir e’tidal üzrə.
Lüğət: Nihal – təzə, boyu düz ağac; Xuni – qanlı, qatil; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Əşk – göz yaşı; Kilk – qələm; Mərdüm – göz giləsi; xalq, camaat; Lövh – lövhə, səhifə. M