Nigarım, yoxdu bir can sən kimi canan sayağında
Nigarım, yoxdu bir can sən kimi canan sayağında, Edibdir aşiyan cismimdə eşqün can sayağında.
Üzün gül, gözlərin şəhla, boyun sərvi-xuramandır, Hanı bir qönçə, gülsün ol ləbi-xəndan sayağında.
Yoruldum ovçu tək ardınca mən heyran dolanmaqdan. Qaçırsan məndən ey göyçək maral, ceyran sayağında.
Tamaşayi-camalundan işıqlanmaqdadır ruhum, Amandır, getmə gözdən olaram bican sayağında.
Görəndə mən səni əğyar ilə seyrü səyahətdə Çıxar naləm o dəmdə göylərə əfqan sayağında.