Əsas məzmuna keç

Qəzəl

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım

İmadəddin Nəsimi

1

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim, Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım.

Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim, Səmənbuyim, güləndamım, səhisərvi-gülüstanım.

Lətifim, nazikim, xubim, həbibim, türfə məzbubim, Hicazım, Kə’bəvü Turim, behiştim, hurü rizvanım.

Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum, Dürüm, mirvaridim, kanım, əqiqim, lə’lü mərcanım.

Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım, Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.

Çırağım, şəm’imü nurim, ziyamü yıldızım, şəmsim, Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım!

Lüğət: Ənis – Dost; Munis – Yaxın dost; Həbib – Dost, sevgili; Türfə – Yeni, əcaib şey; Rizvan – Cənnət; Əşcar – Ağaclar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.