Əsas məzmuna keç

Qəzəl

Nigara, neyləyim mən səndən ayru?!

Şah İsmayıl Xətai

1

Nigara, neyləyim mən səndən ayru?! Bu könlüm xali olmaz ğəmdən ayru.

Vüsalın həsrətindən, ey dilaram, Gözümdə nəstə gəzməz nəmdən ayru.

Quşum pərvaz edər hər dəm qəfəsdən, Qərar etməz məgər vəslindən ayru.

Ki, səndən ayru heç yoxdur həyatım, Qərar edər neçün can təndən ayru?

Xətayi gül yüzün heyranı bolmuş, Xaçan bülbül durar gülşəndən ayru?

Lüğət: Nigar – sevgili, bəzəkli; Dilaram – ürək dincliyi, gözəl; Pərva – qorxu, rəğbət

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.