Əsas məzmuna keç

Qəzəl

Nigara, küntə kənizin gövhərisən

İmadəddin Nəsimi

1

Nigara, küntə kənizin gövhərisən Ələlərş-istivanın məzhərisən.

Həyati-cavidan bulduq ləbindən, Məgər cənnati-ədnin kövsərisən.

Iki aləm camalın aşiqidir, Məgər sən kainatın dilbərisən?

Sana dəyməz mətai-vəsli-məhbub, Sən, ey sufi, səfasız müştərisən.

Müdam olsun sana vəsli-dilaram Ki, sən dilbər yolunda sərsərisən.

Səkiz cənnət üzündən zahir oldu, Məgər sən əhli-ürfan rəhbərisən.

Nəsimidir bu gün sərrafi-mə’ni, Özünü bil ki, ziba cövhərisən.

Lüğət: İstiva – Ekvator xətti; Ziba – Gözəl

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.