Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim
Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim, Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.
Dolsa aləm xublərdən istəməm, zira ki, sən Xublərdən, sevdigim, ziba nigarımsan mənim.
Gah alırsan canımı, gahi verirsən can mənə, Sən məgər kim, ey büti-tənnaz, tarımsan mənim.
Gəlmə nəşim üstə versəm həsrətindən can əgər, Qeyrilər ta olmasın agəh ki, yarımsan mənim.
Başımın tacı qübari-məqdəmindir, ey sənəm, Sən səriri-izzət üzrə tacdarımsan mənim.
Seyyidi-sərgəştətək miskin gədayəm, leyk sən, Sərvərim, şahım, pənahım, hər nə varımsan mənim.