Əsas məzmuna keç

Qəzəl

Neyləyim, məclis ara olsa da əğyar, olsun

Seyid Əzim Şirvani

1

Neyləyim, məclis ara olsa da əğyar, olsun, Tək o güldən mənə bir fürsəti-didar olsun.

Qayəti-şövqimi gör yarə ki, həngami-vida Rəşkdən mən deyə bilməm ki, xuda yar olsun.

Hanı, ey ruhi-rəvan, qeyrəti-məşuqəligin, Qoyma kim, qeyr məni-zarə xəridar olsun.

Bir əyağ ilə mənim könlümü aldın ələ sən, Görüm, ey saqiyi-gülçöhrə, əlin var olsun!

Taki, sərməstdir eşq əhlinə lütf eylər yar, Saqiya, qoyma o bimehri ki, huşyar olsun.

Ürəgim qanə dönüb, qüvvəti-təqririm yox, Yoxdur əhvalıma bir kəs ki, xəbərdar olsun.

Bunca kim silsileyi-zulfüvü istər, Seyyid, Görüm ol damdə bundan da giriftar olsun.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.