Əsas məzmuna keç

Qəzəl

Neylərəm ol cənnəti içində dildar olmasa

Şah İsmayıl Xətai

1

Neylərəm ol cənnəti içində dildar olmasa, Qoy anı viranə qalsun, baxçada bar olmasa.

Ğəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib, Qanda didarı görür, ol bunda bidar olmasa.

Dünyada aşiq olan geydi məlamət donunu, Hər yetən aşiq olurmi, dərd ana kar olmasa?

Aşiqin meydanda başi top yerinə çalınur, Başını meydana qoymaz, kim ki, sərdar olmasa.

Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola, Əgri meydanda utanur, onda iqrar olmasa.

Ey Xətayi, gövhəri xərc eyləmə nadanə sən, Gövhərin qədrini bilməz, gər xiridar olmasa.

Lüğət: Qanda – harada; Didar – görüş, üz; Bidar – oyaq; Məlamət – danlaq, qaxınc; Kar – iş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.