Neylərəm mən bunda durub, çünki dildar andadır
Neylərəm mən bunda durub, çünki dildar andadır, Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Neylərəm gülzara baxmaq, çün bu yanmış könlümün, Şol boyu sərvi-xuraman, üzü gülzar andadır.
Firqətin dərdi məni torpaq edərsə, ey səba, Yarı qıl, torpağım, ilət anda kim, yar andadır.
Can yanağın həsrətindən dəgməniz, olmaz cüda, Qanda kim görsə güli-tər, bülbüli-zar andadır.
Şol moğolçin gözlərinlə çünki qapdın könlümü, Çün bilirsən kim, nə gizli dürlü əsrar andadır.
Dərdimi artırma, lütf et, şərbətinlə, ey həkim, Çün məni sayru qılan şol çeşmi-bimar andadır.
Dişlərin əksi Nəsiminin gözünə düşəli, Bəhri-bəhreyn olduvü lö’löi-şəhvar andadır.
Lüğət: Şol – O; Dəgmə – Nadan; Cüda – Ayrı; Əsrar – Sirlər; Sayru – Xəstə; Çeşm – Göz; Bimar – Xəstə; Əksi – Nöqsan; Bəhr – Dəniz