Neylərəm gülşəni kim, ol güli-əhmər getdi
Neylərəm gülşəni kim, ol güli-əhmər getdi, Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi.
Ahü nalə dəmidir eylə fəğan, ey bülbül, Qaldı yüz xar bu gülşəndə, güli-tər getdi.
Getdi ol cövhəri-can, qaçdı mənim rəngi-rüxüm, Bu ərəz oldu tələf, ah, o cövhər getdi.
Düşəcəkdir dəxi minbəd işim nöqsanə, Tutulub, məndən o məhparə mükəddər getdi.
Qərq edib əşk məni, atəşi-rüxsarüvi aç, Sən qurban olub, əldən bu səməndər getdi.
Yengi aytək görünürdü qaşı, zülf aldı onu, Ah! Əbr altına ol mahi-münəvvər getdi.
Ta ki öpdüm ləbi-canpərvərin ol hurvəşin, Xatirimdən həvəsi-çeşmeyi-Kövsər getdi.
Getdi ol yasəməni zülf, salıb yasə məni, Yasimə bais olub, ah, o səmənbər getdi.
Getdi Seyyid dolana kuyin o xalı həcərin, Heyf kim, Kəbə təvafinə o kafər getdi.