Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm, Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
Ruzi-hicrandır, sevin, ey mürği-ruhim kim, bu gün Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.
Vəhm edib ta salmaya sən mahə mehrin hiç kim, Kimə yetsəm, zülmü cövründən ona dad eylərəm.
Qan yaşım qılmaz vəfa, giryan gözüm israfina, Bunca kim, hər dəm cigər qanından imdad eylərəm.
Incimən hər necə kim, əğyar bidad eyləsə, Yar gövriçün, könül, bidadə mö’tad eylərəm.
Bilmişəm bulman vüsalın, leyk bir ümmid ilə Gah-gah öz xatiri-naşadımı şad eylərəm.
Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını, Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.
Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Lövh – lövhə, səhifə. M; Əşk – göz yaşı