Əsas məzmuna keç

Qəzəl

Nəsihət eyləyib göz yaşı da töksə əgər naseh

Məhəmməd Füzuli

1

Nəsihət eyləyib göz yaşı da töksə əgər naseh, Mənə qan uddurur, sanki verir hər an zəhər naseh.

Nəsihət eylədikcə atəşim artır, olur kəskin, Nəsihət etmə gəl, qəlbimdəki atəş yetər, naseh.

Deyir: az dərdi-sər ver naleyi-zarınla sən xəlqə, Nədəndir bəs verir daim özü min dərdi-sər naseh.

Ciyər qanı yedim mən, bəs deyilmi boş nəsihətlər, Dəyər məndən sənə, bişübhə, yüz daği-ciyər, naseh.

Nəsihət eyləyir ki, razımı pünhan tutum xəlqdən, Yəqin bu gizli dərdimdən deyildir baxəbər naseh.

Nəsihətdən axıbdır göz yaşım sel kimi müjgandan, Dil açdı, vurdu canə sanki qanlı niştər naseh.

Füzuli, rahət olmaqçun çək ətrafına qandan sədd, Sənin ətrafına ta etməsin bir də güzər naseh.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.