Əsas məzmuna keç

Qəzəl

Nəmi-əşkim mükəddər xatirimdən dəf’i-qəm qılmaz

Məhəmməd Füzuli

1

Nəmi-əşkim mükəddər xatirimdən dəf’i-qəm qılmaz, Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz.

Xəmi-əbruyi-mişkinini görsə zahidi-kəcbin, Dəxi qamət sücudi-guşeyi-mehrabə xəm qılmaz.

Sənə, ey şuxi-səngindil, demən büt, nişə kim, büt həm Əgərçi səngdildir, böylə bidadü sitəm qılmaz.

Cəfavü cövr ilə qan oldu bağrım, yarəb, ol bədxu Neçün tərk eyləməz bidadü cövrün, bir kərəm qılmaz?

Muradım giryədən kəsbi-qübari-rəhgüzarındır, Gözüm yaşı dəmadəm çöhrəmi bihudə nəm qılmaz.

Xətin dövründə əşki-al ilə dərdü qəmim şərhin, Dəm olmaz kim, rüxi-zərd üzrə müjganım rəqəm qılmaz.

Füzuli binəva ta rövzeyi-kuyində sakindir, Təmənnayi-behiştü meyli-gülzari-Irəm qılmaz.

Lüğət: Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Sücud – səcdə etmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.