Nələr gəldi, gələsidir, mədəd hey
Nələr gəldi, gələsidir, mədəd hey. Cəhan əhli öləsidir, mədəd hey.
Gəlir hökmi-ilahi İsrafilə, Ulu suri olasıdır mədəd hey.
Günəhkarlar günahı sormağ içün Ulu divan durasıdır mədəd hey.
Qurulur ədl içün mizan, tərazu, Əməllər dartılasıdır mədəd hey.
Peyəmbərlər qaçar ümmətlərindən Ki, nəfsa nəfs olasıdır, mədəd hey.
Sürə-sürə ilitərlər Siratə, Necələr süriləsidir, mədəd hey.
Bu bədbəxt adəm oğlundam təmamət Yedi damu dolasıdır, mədəd hey.
Xətayi dərdinə dərman bulunmaz, Yarəb, halı nolasıdır, mədəd hey.
Lüğət: Mədəd – kömək; Damu – cəhənnəm