Əsas məzmuna keç

Qəzəl

Nəğməsaz olduqca bülbül öz güli-rənasına

Məhəmmədəli Şəfai

4

Nəğməsaz olduqca bülbül öz güli-rənasına, Gül də naz eylər, dəmadəm aşiqi-şeydasına.

Razıyam naz ilə, ey məhparə, alsan canımı, Salma bu ceyranıvı sən ayrılıq səhrasına.

Bilmə, yalnız bir bu şəhrə salmısan aşubi-eşq, Düşməyən yoxdur cahanda eşqivin qovğasına.

Bir qızıl gülsən, Azərbaycan gülüstanında sən, Cümlə ceyrangözlülər heyran gözün şəhlasına.

Bir günü ömrüm davam etməzdi, hicrin dərdinə, Olmasaydı gər ümidim vəslivün fərdasına,

Halımı əfsanəi-Məcnuna bənzətmə mənim, Mən o eşqin batmışam ən bir dərin dəryasına.

Vərtəi-eşqə Şəfai, düşməyən asudələr, Agah olmaz naləvü əfğanımın mənasına.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.