Nəfəsi əhli-dilin gövhəri-candır bilənə
Nəfəsi əhli-dilin gövhəri-candır bilənə, Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə.
Mə’rifət gövhərinin kaninə mə’dən ola gör, Üştə bu gəncü hünər elmi-nihandır bilənə.
Şərbəti-həqdən içən eşq əri azad olur, Eylə sərməst olanın küfri imandır bilənə.
İstədi abi-həyat çeşməsi kim, irdi Xızr, Ol verür doğru xəbər, cümlə əyandır bilənə.
Ələ girməz, xanı ol əsrükü divanə aşiq, Leyk ol mə’şuqənin dərdi amandır bilənə.
Qövli yalançı ilə olma müsahib, çək əlin, Həmdəm olmağ div ilə külli ziyandır bilənə.
Ey Xətayi, həqi sən tani, özündə sakin ol, Dəxi söz söyləmə, var, bu söz əyandır bilənə.
Lüğət: Dili – şeyda – vurğun ürək, sevən könül; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Gənc – xəzinə; Nihan – gizli; Küfr – inamsızlıq, kafirlik; Abi – həyat – dirilik suyu; Əsrük – sərxoş