Nədir murad, fələk etməz imtahan tərkin?
Nədir murad, fələk etməz imtahan tərkin? Güli-füsürdə qılır cövri-gülsitan tərkin.
Neçə qərinə keçib, çəkməz əl cəfasından, Budur məramı, qıla sərv busitan tərkin.
Fəraqə düşmüşəm, olmuş mudam işim əfğan, Məgər gül olmasa, bülbül edər fəqan tərkin?
Cahani tərk edərəm, cümlə dövlətü varın Mahaldır eləmək böylə nocavan tərkin.
Çəkib fəraq, olalı dərdü qəm giriftarı, Sirişkimin, olumu eyləmək rəvan tərkin?
Nə oldu, gənci-rüxün eylədi nəhan gözdən! Xəzinə sahibi eylərmi pasiban tərkin?
Qədim rəsmdi kim, mülki-dil olur viran, O dəm ki, məmləkətin qılsa xosrovan tərkin.
Nə bais oldu ki, tez kəsdi məndən ünsiyyət, Qərarü səbrü təvan etdi Natəvan tərkin?!
Lüğət: Füsürdə – solğun G; Gənc – xəzinə Gənci-şaykan — böyük xəzinə; Pasiban – gözətçi; Xosrovan – padşahlar; Natəvan – qüvvəsiz, halsız, köməksiz