Əsas məzmuna keç

Qəzəl

Nədəndir səndə əylənməz güli-dövran, xudahafiz!

Xurşidbanu Natəvan

1

Nədəndir səndə əylənməz güli-dövran, xudahafiz! Mənə həm gəldi getmək növbəti, yaran, xudahafiz!

Cahanda olmadı bir dəm görəydim mahi-rüxsarın, Nə qədri cəhd qıldım olmadı imkan, xudahafiz!

Neçün sən tərki-mehr etdin, vəfadan əl çəkərlərmi? Məgər əhdə vəfa etməz şəhi-xuban, xudahafiz?

Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə, Xəyalinlə keçirdim ömrümü nalan, xudahafiz!

Nə səbrü taqətim qaldı, nə əqlü huş bilmərrə, Onunçün çeşmi-pürxunim olur giryan xudahafiz!

O gün kim, məhşəri-kübra olur, vəhm et o gündən kim, Tutam damanını, dildən çəkəm əfğan, xudahafiz!

Üzüb əl Natəvan candan ki, ta ümmidi-vəsl etməz, Dili-qəmgin, cigər pürxun, olub suzan, xudahafiz!

Lüğət: Damən – ətək; Giryan – ağlar; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.