Neçə rədifi-qəzəl etdim intixab, dedim
Neçə rədifi-qəzəl etdim intixab, dedim, Nəzireyi-şüərayi-fələkcənab dedim.
Olar ki, hər biri bir afitab-rəxşandır, Bu zərrə ta ola xurşidə intisab, dedim.
Nəzireyi-qəzəli-Cürmiyə edib iqdam, Həzar cürmü qüsur ilə bir cəvab dedim.
Hicab eyləmədim göfteyi-Sürəyyadən, Cəvab ol əxtəri-tabanə bihicab dedim.
Müniri nəyyiri-əzəmdi çərxi-nəzm üzrə, Nə eybi, gər onu nisbətdə afitab dedim.
Cigərdə dağı-nihan bir cavab Dilxunə, Xəcalət atəşinə dil olub kəbab, dedim.
Könüldə var nihan iştiyaq Müştaqə, Olur ki, bir gün ola vəslə fəthi-bab, dedim.
Ümid var ki, edə əfv cürmümü Cürmi, Xətalərimi bilib, Seyyida, cəvab dedim.