Əsas məzmuna keç

Qəzəl

Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış

Seyid Əzim Şirvani

1

Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış, Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış.

Edibdir hər birinin qəmzeyi-xunxarı seydi-dil, Sanırsan şahbazi-ahəninmixləb şikar almış.

Birisi almağa canım götürmüş xəncəri-bürran, Birisi tökməgə qanimi tiği-abdar almış.

Biri zahir nigah ilə alıbdır canımı pinhan, Birinin qəmzeyi-pinhanı könlüm aşikar almış.

Nə din qoymuş, nə iyman məndə, na ayinü nə məzhəb, Bu kafərbeççə dilbərlər əlimdən hər nə var almış.

Xüsusən ol nigari-sərvqamət, yari-məhsima Ki, tabi-türrəsindən rəngü bu müşki-tatar almış.

Görənlər səfheyi-ruyində, Seyyid, xəttin ol şuxün Sanır kim, kişvəri-Rumu sipahi-Zəngbar almış.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.