Əsas məzmuna keç

Qəzəl

Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır

Seyid Əzim Şirvani

1

Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır, Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.

Nə gül-şüküftədi çeşmimdə əşki-alə səbəb, Nəvayi-mürği-çəmən baisi-fəğanımdır.

Əlimdə badeyi-gülgun, yanımda yarım yox, Bahar fəslidir, əmma mənim xəzanımdır.

Görüb üzarını zülfi-kəcində ol şuxün, Dedim: bu gün qəmər Əqrəbdədir, qiranımdır.

Dedim: cahanda nədir bunca qilü-qalə səbəb, Dedi: arayə düşən məbhəsi-miyanımdır.

Diyari-yarə bu gün etmişəm səfər əzmin, Bu tazə şeirlər əhbabə ərməğanımdır.

Mənəm o tairi-qüds-aşiyanə kim, Seyyid, Behişti-Ədn mənim köhnə aşiyanımdır.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.