Nə yaxşı munis idi, heyf, nagəhan getdi
Nə yaxşı munis idi, heyf, nagəhan getdi, Məni bu möhnət əra qoydu əlaman, getdi.
O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm, Hilal tək qəddimi eylədi kəman, getdi.
Unutdu güllərini, qıldı xaniman tərkin, Nə baxdı yarlərə, çəkdi əlaman getdi.
Nə oldu ariz əya, bağiban, bu gülşəndə, Açılmadı bu bahar gülləri, xəzan getdi?
Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı, Bahar fəslində, yaran bu novcavan getdi.
Məni bu möhnət əra qoydu didəsi giryan, Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi.
Məzarın üstə gəlib əylənim dəmadəm, oğul, Deyərmisən ki, nə növ ilə Natəvan getdi.
Lüğət: Hilal – yeni doğan ay; Giryan – ağlar; Natəvan – qüvvəsiz, halsız, köməksiz