Nə xəta çıxmış əlimdən, salmısan gözdən məni
Nə xəta çıxmış əlimdən, salmısan gözdən məni, Mehrini əğyarə saldın, böylə bilməzdim səni.
Rəsmdir, canan, gözəllərdə vəfa möhkəm olar, Sən neçin pozdun bu rəsmi, ey vəfanın düşməni?!
Gəl qurut sən, ey səba, göz yaşımı, kor istəmə, Xaki-rahindən ziya almış bu çeşmi-rövşəni.
Ey səba, əhvalımı, aç, söylə kuyi-yarə sən, Hər səhər kim, seyr edərkən ol səfalı gülşəni.
Vur cəfa şəmşirini, qan ilə ta xamuş ola Öz əlinlə köksüm içrə yaxdığın od xirməni.
Cümlə aşiqlər yanında yüksələr ərşə başım, Şövqi-tiğinlə əgər başsız qoyarsan bu təni.
Yüksələr qədrin, Füzuli, ol səbəbdəndir ki, sən Kuyinə yarın baş əydin, saldın orda məskəni.