Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et
Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et, Tamaşayi-rüxi-yar ilə seyri-kuyi-canan et.
Nə olmuşsan giriftari-qəfəs, ey tayiri-qüdsi, Çıxıb bu damdən pərvaz qıl, seyri-gülüstan et.
Təəllüq aləmindən əl götür, təcrid qıl hasil, Məsihatək məqamın xaneyi-xurşidi-rəxşan et.
Könül ver bir nigarə, fariq ol dünyavü üqbadən, Pərişanlıq binasın eylə viran, fikri-saman et.
Əgərçi çoxdu Şirvan içrə ziba şuxlər, Seyyid, Vəli sən canuvi şövq ilə İsmailə qurban et.