Nə sün’i-paki-yəzdansan, a dilbər?
Nə sün’i-paki-yəzdansan, a dilbər? Müsəvvərsən, müənbərsən, münəvvər!
Saçındır zülməti-yəlda, şəbi-qədr, Üzün novruzü eydü mahi-ənvər.
Təcəllidən ki, ta açdın niqabı, Həbibin təl’ətidir mahi-xavər.
Bu, xalü rüxmüdür, ya mürği-sevda Ki, qonmuşdur miyani-vərdi-əhmər.
Vüsalın dilərəm şirin ləbindən, Cavabım ver ki, qənd olsun mükərrər.
Çü cənnət tubisidir qamətin kim, Ki, qoymuş surəti-rəhmani bərsər.
Şu cövhərdir bu gün heyrani-hüsnün Ki, seyrangahıdır çərxi-müdəvvər.
Degil, aydır bu söz həddin, Nəsimi, Kəlamüllahı gör, bu vəsfi söylər.
Lüğət: Münəvvər – Nurlu; Mahi – Balıq; Təcəlli – Əzəmətli zühur etmə; Həbib – Dost, sevgili; Mürğ – Quş; Sevda – 1. Öd. 2. Məhəbbət; Miyan – Orta, ara; Vərd – Qızılgül; Əhmər – Qırmızı; Kəlamüllah – Allah sözü