Əsas məzmuna keç

Qəzəl

Nə qədər gər ola bu çərxi-cəfacudə bəla

Seyid Əzim Şirvani

1

Nə qədər gər ola bu çərxi-cəfacudə bəla, Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.

Nə bəlalər gətirir başıma çeşmin, ya rəb, Nə qədər var imiş ol nərgisi-cadudə bəla.

Xətü xalü səri-zülfündən olub qan könlüm, Kim görübdür bu qədər ləşkəri-hindudə bəla.

Mərdümi-didələrim rəncədi əşk içrə müdam, Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla.

Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, var Çini-zülfündə xəta, ol xəmi-əbrudə bəla.

Tapacaqdır məni hər yerdə kim, olsam guya, Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla.

Görməmək yarı bəla, görməgi qeyr ilə bəla, Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.