Əsas məzmuna keç

Qəzəl

Nə qalıb məndə dilü din, nə də ki, səbrü qərar

Məhəmməd Füzuli

1

Nə qalıb məndə dilü din, nə də ki, səbrü qərar, Məni tənha buraxıb tərkimi qıldı onlar.

Nə qədər harda ələm var mənə həmraz olacaq, Yetdi hərcayi müsahiblər ilə qəlbə qübar.

Baxmıramsa üzünə, vəchi budur: qısqanıram, Hüsnünün seyrinə daldıqda gözüm, ey dildar.

Açmaram kimsəyə, ölsəm də, ürək sirrimi mən, Dərdi-pünhan mənə xoşdur, nə gərəkdir izhar?

Zövqi-eşqin elə avarəsiyəm kim, məndə Nə yerin fərşi, nə göy çətrinə bir rəğbət var.

Hazıram hökmünə, ey eşqin ulu sultanı, Əmrlər ver, qulunu qıl özünə minnətdar.

Xalq Fərhad ilə Məcnunu, Füzuli, unudub, Tək mənim adımı eşq eylədi aləmdə şüar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.