Əsas məzmuna keç

Qəzəl

Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin?

Xurşidbanu Natəvan

1

Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin.

Kim ilə munis olubdur, kimə salıb meylin? Rəvamıdır eləmək yari-mehriban tərkin?

Könül ki, xari-cəfadan həmişə nalandır, Yaralıdır, eləməz naləvü fəğan tərkin.

Çiraği-rövşəni-bəzmi-ümid ikən, ya rəb, Səbəb nə oldu, o məh etdi həmzəban tərkin?

Baxarmı qeyrilərə çeşmi piri-Kənanın? Edərmi aşıq olan Yusifi-zaman tərkin.

Sənin fəraqinə canımda tabü taqət yox, Təni-füsürdə, əziza, edərmi can tərkin?

Cahanı tərk eləməz kim ki, aşiqi-candır, Həyatdan üzüb əl, eyləməz cahan tərkin.

Qərari-canım idi, kəsdi can təvanəsini, Üzüldü qüvvəti-can, etdi Natəvan tərkin.

Lüğət: Həmzəban – dilbir; Füsürdə – solğun G; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.