Nə hüsn olur ki, yayılmış bunca hüsniyat andan
Nə hüsn olur ki, yayılmış bunca hüsniyat andan, Nə surətdir ki, oxurlar bu ismi eyni-zat andan.
Zəhi pakizə gövhər kim, nə hüsnü xəttü xal olmuş, Səkiz cənnət əyan oldu bu səb’i-sünbülat andan.
Qaşun nun vəl-qələm, qəddin təbarək əhsən, ey dilbər, Mübarək nüsxədir vəchin oxur vənnaziat andan.
Üzün eydinə ta irdim, səyami-hicr məhv oldu, Yenə əyyami-vəsl oldu, tükəndi hicriyat andan.
Camalın xubluğu qəsri-fələkdən öylə ə’ladır, Əgər bir gün güzar etsə, mələk tökər qanat andan.
Hər ol sufi ki, bu hüsnə ibadət qılmadı candan, Özünü lə’nətə bandır, namazın oda at andan.
Nəsimi, gəl sücud eylə bə-vəchüllahə ki, həqdir, Anın şə’nində gəlmişdir bu munca vəscüdat andan.
Lüğət: Zəhi – Afərin