Əsas məzmuna keç

Qəzəl

Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim

İmadəddin Nəsimi

1

Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim? Nə lütf olur, bu nə mə’ni, zi rəbbi-ərşi-əzim?

Könül səba nəfəsindən dirildi, can buldu, Qara saçın qoxusundan nə bu gətirdi nəsim.

Nəsimi-zülfünə baş ilə can nisar edərəm, Nə simü zər kimi layiqdir ol nəsimə nəsim.

Görün bu çeşmeyi-heyvanləbi ki, şə’nində Gəlibdir ayəti-yöhyülizamü vəhyi-rəmim.

Müsəlləm oldu sənə dilbəri cahanda bu gün Kim, ay ilə günəş oldu camalına təslim.

Əzəldə var idi eşqin bu can içində mənim, Zavala olmaya qabil binayi-əhdi-qədim.

Gərəksə cövr ilə öldür, gərək məni yandır, Nə qayğu oddan ana kim, əti bəqəlbi-səlim.

Müəttər eylədi zülfün şəmimi afaqı, Və laəcibə minəl-ətri an yəfuhə şəmim.

Yolunda qoydu Nəsimi cahan ilə canı, Təfavüt etməz anı gər qəbul qılsa kərim.

______________________Milli Kitabxana_______________________

Lüğət: Zəhi – Afərin; Zər – Qızıl; Müsəlləm – Mübahisəedilməz; Şəmim – Xoş ətirli

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.