Əsas məzmuna keç

Qəzəl

Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari

Seyid Əzim Şirvani

1

Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari, Yaratmışdır səni öz surətində həzrəti-bari.

Əgərçi sən büti-Çinü Xətasən, ey sənəm, əmma Səni zikr etməyən kəs, etməyib tovhidə iqrari.

Adın qurbanı, ta yetdim sənə, tovhidə yetdim mən, Atıb təsbihi əldən, tərk qıldım tari-zünnari.

Xudanın «qülhüvəllahü əhəd»dən mətləbi sənsən, Sənin tovhidüvə əmr eyləyib ixlasdə tari.

Şəmimi-ətri-zülfi-Müşkbarın iştiyaqından Atıbdır təblədən əttar dışra müşki-Tatari.

Soruşdum aduvi, ey sərvqamət, bilmədi zahid, Müşəxxəs oldu kim, yoxdur onun tovhidə iqrari.

Təcəllayi-xudavəndi əhəd yarında peydadır, Hanı Musa ki, Seyyid, fərq qılsın nurdən nari.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.