Nə günəşdir üzün, yarəb kim, anın uca Turundan
Nə günəşdir üzün, yarəb kim, anın uca Turundan Təcəlli gəldi yandırdı Kəlimin şəm’i-narından.
Əgər nuru əla nurən degilsə zülfü rüxsarın, Nə mə’nidən günəş doğmuş saçın hər tirə tarından.
Mühit oldu vüsalın çün sərasər yabisü rətbə, Kimin əqli xəbər versin bu dəryanın kənarından.
Nə kişvərdir saçın çini mübarək mənzili-tale Ki, şəmsi-ləmyəzəl doğmuş anun fərrüx diyarından.
Irəm gülzarı, ey huri, bu mə’nidən üzündir kim, Səkiz cənnət əyan oldu üzün baği-baharından.
Iki aləmdə məqsudum vüsalına irişməkdir Ki, vəslindir bu dərvişin muradı şəhriyarından.
Saçınla könlümün əhdi vəfa oldu vəfa, çünkim, Vəfa buyi gəlir daim saçın əhdi-qərarından.
Ənəlhəqdir münacatım, həq oldu bitdi hacatım, Gəl, ey Mənsur olan, qurtar bu darın girüdarından.
Qulağı arifin ta kim, Nəsiminin sözün dinlər, Sədəftək incilər ağzı dolar dür şahivarından.
Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Kişvər – Ölkə; Ləmyəzəl – Əbədi, ölməz; İrişmək – Çatmaq