Nə güldür kim, qəmində ömrdən bizardır bülbül1?
Nə güldür kim, qəmində ömrdən bizardır bülbül1? Olub hər bağiban gülzarə məhrəm, xardır bülbül.
O gül kuyində əz bəs ki, fəğanü nalələr çəkdim, Fəğanü-naləmin təsiri var, bimardır bülbül.
Vəfasız anlayıb gül əhdini, ondan fəğan eylər, Xəzan taracını bilmiş, əcəb huşyardır bülbül.
Driğa kim, olub zağü zağan yığnağı bu gülşən, Qalıb avarə, hər dəm həsrəti-gülzardır bülbül.
Tutub hər xar əli bir gülbüni-növrəstə damənin, Keçib əyyami-işrət, qüssədən əfkardır bülbül.
Pərü balı şikəstə, Natəvani-zarü dilxəstə, Yetibdir canə qəmdən, talibi-qəmxardır bülbül.
Lüğət: Driğa – heyf; Növrəs – yeniyetmə Nuri-çeşm — gözün işığı; Damən – ətək; Natəvan – qüvvəsiz, halsız, köməksiz; Dilxəstə – qəlbi sınıq; Talib – istəyən, axtaran