Nə görər əhli-cəfa məndə vəfadən qeyri
Nə görər əhli-cəfa məndə vəfadən qeyri, Nə bulur şəm’i yaqan kimsə ziyadən qeyri.
Ey olan sakini-məscid, nə bulubsan bilmən, Buriyasında onun buyi-riyadən qeyri.
Gəl xərabətə, nəzər saqiyə qıl kim, yoxdur Rüxi-safü meyi-safində səfadən qeyri.
Sərbəsər vadiyi-möhnətdirü qəm mülki-vücud, Bir fərağət yeri yox şəhri-fənadən qeyri.
Cümleyi-xəlq mənə yar üçün əğyar oldu, Qalmadı kimsə mənə yar xudadən qeyri.
Əzmi-kuyində könül yarlıq istər bizdən, Əlimizdən nə gəlir xeyr-duadən qeyri.
Fəqr imiş fəqr, Füzuli şərəfi-əhli-vücud, Özünə eyləmə həmdəm füqəradən qeyri.