Əsas məzmuna keç

Qəzəl

Nə ev xəyalı, nə də fikri-aşiyanə mənə

Xurşidbanu Natəvan

1

Nə ev xəyalı, nə də fikri-aşiyanə mənə Ki, bəsdir ünsi-fərağət misalı lanə mənə.

Səni görəndə şadam, görməyəndə zar oluram, Vüsalın ilə sevindi, demə bəhanə mənə!

Ölüncə qəlbimə dağdır məhəbbətin fikri Ki, yadigar kimi qalsın bu dağ nişanə mənə.

Bu ruzigarda mən zarü binəva qaldım, Qəribədir, verir üz möhnəti-zəmanə mənə.

Pənahgahıdı çox Natəvani-qəmzədənin, İlahi, qalsın həmişə bu asitanə mənə!

Lüğət: Lanə – yerd-yurd, yuva; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.