Əsas məzmuna keç

Qəzəl

Nə deyib, neyləmişik, nə eşidib gördün, yar

Məhəmməd Füzuli

1

Nə deyib, neyləmişik, nə eşidib gördün, yar, Ki, kəsib mehrini, etdin bizi sən qəhrə düçar?

Mənim həqqimdə, dedim, baxma rəqibin sözünə, Sən inandın nə üçün, hər nə danışdı əğyar?

Ahü fəryad qılıb, canımı verdim sənsiz, Sormadın halımı, illərlə mən oldum bimar.

Məni zülfün qəmi əhvalı pərişan etdi, Tutmadım zülfi-pərişanını, ey nazlı nigar!

Yaraşarmı gözələ xoşlana çirkin işdən? Gözəlim, vermə riza, zülmün edə aşiqi xar!

Nazını çəkmədilər yoxsa sənin aşiqlər, Onları naz ilə tərk eylədin, ey çeşmi xumar?

O cəfakar sənə lütf qılıb, etdi vəfa, Ey Füzuli, sənə öz lütfünü həq etdi nisar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.