Nə buyursan, şəha, fərman sənindir
Nə buyursan, şəha, fərman sənindir. Yolunda canü baş qurban sənindir.
Xəta məndən, əta səndən, əya dust, Ki, mürvət kanısan, ehsan sənindir.
Susamış ləblərin Xızrı-zəmanə, Suvar, gəl çeşmeyi-heyvan sənindir.
Səvar ol dövlət atını həmişə, Səadət topuna çövkan sənindir.
Mələklər müştəridir gül yüzünə, Sür imdi, ey qəmər, dövran sənindir.
Əzəldən canımı qurban verərdim, Qəbul eylə, şəha, fərman sənindir.
Eşigində qulundur bu Xətayi, Nəzər qıl halına, heyran sənindir.
Lüğət: Çeşmeyi – heyvan – dirilik bulağı; Qəmər – ay