Əsas məzmuna keç

Qəzəl

Nə bu gün bağdə yarım, nə meyim var mənim

Seyid Əzim Şirvani

1

Nə bu gün bağdə yarım, nə meyim var mənim, Seyri-gülzardə bihudə nəyim var mənim?

Sizi tari yetirin piri-xərabətə məni Ki, bu gün saqi əlindən gileyim var mənim.

Mənə məcuni-meyi-ləli dəvadır, saqi, Ki qəmi-hicr ilə cismimdə keyim var mənim.

Can sənin, cism sənin, əmr sənin, fel sənin, Cümlə sənsən, bu arada nə şeyim var mənim?

Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm dəxi məsciddə nəyim var mənim?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.