Nə bəlalı karvan oldum, dərd aparmaq peşəm oldu
Nə bəlalı karvan oldum, dərd aparmaq peşəm oldu, Hansı səmtə seyrə çıxdım, yoldaşım yolda qəm oldu.
Min arzu bəslədim canda, heç birinə yetəmmədim, Düşdü ayaqlar altına, şirin arzum həşəm oldu.
Yaxşı sözdən qanadlandım, gəzdim dünyanı baş-başa, Yaman sözdən çiliklənən könül adlı şüşəm oldu.
Zəlimxan da Füzulitək az yanmadı eşq oduna, “Fəqiri-padşahsa, gədai” – möhtəşəm oldu.
1973, 27 noyabr