Əsas məzmuna keç

Qəzəl

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd

Məhəmməd Füzuli

1

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd.

Qıl mədəd, ey bəxt, vərnə, kami-dil mümkün degil, Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd.

Dağılərdir odlu könlümdə qarası qopmamış, Ya səbati-eşq üçün od üzrə bir neçə sipənd.

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb, Açar ol gülrüx təbəssüm birlə lə’li-nuşxənd.

Xaki-rahindən məni qaldıra bilməz sayə tək, Qılsa gərdun afitabın hər şüaın bir kəmənd.

Cam tut, der, saqiyi-gülçöhrə, zahid, tərki-cam, Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd.

Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur, Hiç dərvişi sənin tək görmədim sultanpəsənd.

Lüğət: Təlx – acı; Gərd – toz; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.