Əsas məzmuna keç

Qəzəl

Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq

İmadəddin Nəsimi

1

Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq, Aqili divanə qıldı aqibət sevdayi-eşq.

Eşqə düşənlər bilir həm yenə eşqin qədrini, Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq.

Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih, Şeyxi Sən’an kimi ol gəl sən dəxi tərsayi-eşq.

Kim ki, istər dilbərinin xəlvətinə yol bula, Can fəda qılmaq gərəkdir min kərə dər payi-eşq.

Sevgilimin sevgisindən özgə sığmaz könlümə, Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq.

Könlümün viranəsin mə’mur qıldı eşqi-yar, Canımın xəlvətsərasın qılmışam mə’vayi-eşq.

Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu gün Könlünü aldurdun, oldun axərin yəğmayi-eşq.

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.